- İspaniya L.L.
- 14:05 03.02.2025
Fransa yığmasının və "Real Madrid"in sabiq yarımmüdafiəçisi Zinəddin Zidan ingilis yarımmüdafiəçi Pol Skoulzla bir yerdə oynamadığına görə təəssüfləndiyini bildirib.
90deqiqe.Az xəbər verir ki, "Give me Sport" 52 yaşlı sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Hər kəs ən yaxşılarla oynamaqda maraqlıdır. Şübhə etmirəm ki, Skoulz da həmin oyunçulardandır. Mən onun oyununu izləməkdən həzz alırdım. Belə tam oyunçuya rast gəlmək çox nadirdir.Təəssüf ki, onunla eyni klubda oynamaq şansım olmayıb"
Skoulz “Mançester Yunayted”in əfsanəsidir. O, 1993-cü ildən 2011-ci ilə qədər “Qırmızı şeytanlar”ın rənglərini qoruyub. Yarımmüdafiəçi İngiltərə millisində 66 oyun keçirib və 14 qola imza atıb.