5 fevral 2025. Çərşənbə

Frenkie de Yonqa ikiqat maaş təklifi


Frenkie de Yonqa ikiqat maaş təklifi

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq Səudiyyə Ərəbistanı çempionatının nümayəndələrinin maraq dairəsindədir.

90deqiqe.Az "Diario Sports"a istinadən xəbər verir ki, niderlandlı hələ də "blauqrana" ilə müqaviləni uzatmaq barədə razılığa gələ bilməyib.

Səudiyyə Ərəbistanının adı açıqlanmayan iki klubu artıq de Yonqun agentləri ilə əlaqə saxlayıb və potensial alıcılar bu yay transfer üçün "Barselona"ya böyük məbləğ təklif etməyə hazır olduqlarını bildiriblər və futbolçunun özünə hazırkı maaşının ikiqat artırılması vəd edilib.

de Yonqun İspaniya nəhəngi ilə  hazırkı müqaviləsi 2026-cı ilin ortalarında başa çatır.

27 yaşlı yarımmüdafiəçi hələlik yekun qərarını verməyib. Transfermarkt Frenkie de Yonqun dəyərini 45 milyon avro olaraq qiymətləndirir. Bu yaxınlarda futbolçunun Səudiyyə Ərəbistanına köçmək istəməməsi ilə bağlı məlumatlar ortaya çıxıb.







İspaniya L.L.

Frenkie de Yonqa ikiqat maaş təklifi
  • İspaniya L.L.
  • 13:07 05.02.2025
Frenkie de Yonqa ikiqat maaş təklifi
Yenidən sıradan çıxdı
  • İspaniya L.L.
  • 15:57 04.02.2025
Yenidən sıradan çıxdı
"Barselona" onu göndərmək istəmir
  • İspaniya L.L.
  • 00:18 04.02.2025
"Barselona" onu göndərmək istəmir