22 aprel 2026. Çərşənbə

La Liqa klubları hakim şikayətlərinə görə "Real"ın cəzalandırılmasını tələb edir


La Liqa klubları hakim şikayətlərinə görə "Real"ın cəzalandırılmasını tələb edir

La Liqa klublarının əksəriyyəti hakimliyi hədsiz tənqid etdiyinə görə "Real Madrid"ə sanksiya tətbiq etməyə çağırıb.

90deqiqe.Az "Relevo"ya istinadən xəbər verir ki, bu barədə klublar İspaniya Kral Futbol Federasiyasının (RFEF) La Liqanın prezidenti Xavyer Tebasın da iştirak etdiyi iclasda məlumat veriblər.

İspaniya Primerasının adı açıqlanmayan klubları Los Blancosun hakimliyə qarşı bu cür tənqidlərini “təzyiq aktı” hesab edirlər. Lakin RFEF-in sözügedən iclasında "Real Madrid"in nümayəndələri iştirak etməyiblər.

Xatırladaq ki, daha əvvəl “Kral klubu” son İspaniya çempionatının “Espanyol”la oyununda (0:1) hakimliklə bağlı RFEF-ə rəsmi şikayət təqdim etmişdi. Sənəddə "Real" ölkədə hakimlik sisteminin tamamilə yenilənməsinin vacibliyini qeyd edib.







İspaniya L.L.

“Real”a inqilab lazım deyil”
  • İspaniya L.L.
  • 23:48 21.04.2026
“Real”a inqilab lazım deyil”
“Ulduz olmaq böyük məsuliyyətdir”
  • İspaniya L.L.
  • 23:42 21.04.2026
“Ulduz olmaq böyük məsuliyyətdir”
 “Valensiya” xal itirdi
  • İspaniya L.L.
  • 23:28 21.04.2026
“Valensiya” xal itirdi
 “Atletik”ə bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:26 21.04.2026
“Atletik”ə bir qol bəs etdi