18 aprel 2026. Şənbə

"Tebas arxayın ola bilər, burada heç kim dəli olmayıb"


"Tebas arxayın ola bilər, burada heç kim dəli olmayıb"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti bir müddət əvvəl "Los Blancos"un "dəli olub" deyən La Liqa prezidenti Xavyer Tebasın sözlərinə münasibət bildirib. 

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri italyan çalışdırıcının dediklərini belə çatdırıb.

“Belə vacib matçdan əvvəl ["Atletiko Madrid"ə qarşı] bu mövzuya toxunmaq istəməzdim. Amma Tebas arxayın ola bilər, burada heç kim dəli olmayıb. Yeganə tələb vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə baş verənləri izah etməkdir. Söhbət, eşitdiyimə görə, heç kimin razı olmadığı bir sistemin dəyişdirilməsindən gedir. Onlar deyirlər ki, sistem "Real Madrid"ə üstünlük verir, lakin "Real Madrid" bunu dəyişmək istəyəndə bunu rədd edirlər"

Yada salaq ki, Tebas oxşar bəyanatla “Real Madrid”in İspaniya Kral Futbol Federasiyasına (RFEF) rəsmi şikayət ərizəsi ilə müraciət edib və burada ölkənin hakimlik sisteminin tamamilə yenidən qurulmasının vacibliyini qeyd edib.

"Real Madrid" Primeranın 22-ci turunun "Espanyol"la oyununda (0:1) hakimlikdən narazı qalıb.







İspaniya L.L.

“Futbol həmişə ədalətli olmur”
  • İspaniya L.L.
  • 23:58 17.04.2026
“Futbol həmişə ədalətli olmur”
Rüdiger “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 23:38 17.04.2026
Rüdiger “Real Madrid”də qalır
"Neymar mənim uşaqlıq kumirimdir"
  • İspaniya L.L.
  • 23:01 13.04.2026
"Neymar mənim uşaqlıq kumirimdir"
Mbappe “Bavariya”ya qarşı oynayacaq
  • İspaniya L.L.
  • 18:44 12.04.2026
Mbappe “Bavariya”ya qarşı oynayacaq
“Bu hələ son deyil”
  • İspaniya L.L.
  • 23:53 11.04.2026
“Bu hələ son deyil”