5 dekabr 2025. Cümə

"Barselona" Ter Ştegeni bu oyunçu ilə əvəzləyir


"Barselona" Ter Ştegeni bu oyunçu ilə əvəzləyir

"Barselona" qapıçı Mark-Andre ter Ştegenə əvəzləyici tapıb.

90deqiqe.Az "El Nacional"a istinadən xəbər verir ki, söhbət "blauqrana"nın 16 yaşlı yetirməsi İker Rodriqesdir.

Futbolçu U-18 komandasında çıxış edir və İspaniyanın gənclər yığmasında debüt etməyi bacarıb. "Barselona" onun böyük potensiala malik olduğuna inanır və oyununda Ter Stegenlə oxşarlıqları qeyd edir.

Klub həm İnyaki Penanın, həm də Voyçex Şesninin çıxışından razıdır, lakin onları alman qolkiperin potensial əvəzedicisi kimi görmür.

Xatırladaq ki, hazırda ter Ştegen ciddi zədəsini sağaltmaqda davam edir.







İspaniya L.L.