25 may 2026. Bazar ertəsi

"Real" hakimlik sistemini təkmilləşdirmək planını təqdim etmək niyyətindədir


"Real" hakimlik sistemini təkmilləşdirmək planını təqdim etmək niyyətindədir

"Real Madrid" futbol hakimlik sistemini təkmilləşdirmək üçün plan təqdim etməyi planlaşdırır.

90deqiqe.Az "El Larguero"ya istinadən xəbər verir ki, “qaymaqlılar”ın hazırladığı plan şəffaflıq prinsiplərinə əsaslanacaq, ilk növbədə VAR sisteminin işləməsi ilə bağlı olacaq. "Real Madrid" istəyir ki, tamaşaçılar matçlar zamanı VAR hakimlərinin nə dediyini bilsinlər.

Bundan əvvəl Los Blankos İspaniya Kral Futbol Federasiyasına (RFEF) La Liqanın 22-ci turunun "Espanyol"la oyununda (0:1) hakimliklə bağlı rəsmi şikayət göndərib. "Real Madrid" açıqlamasında İspaniyada hakimlik sisteminin tamamilə yenidən qurulmasına çağırıb.







İspaniya L.L.

Kamavinqa “Real Madrid”də qalır
  • İspaniya L.L.
  • 22:23 23.05.2026
Kamavinqa “Real Madrid”də qalır