- İspaniya L.L.
- 20:24 20.02.2025
"Barselona"nın cinah oyunçusu Rafinya Diaz mövsümün ən yaxşı sol cinah oyunçuları reytinqində "Real Madrid"in futbolçusu Vinisius Junioru geridə qoyub.
90deqiqe.Az "Score 90"a istinadən xəbər verir ki, bu mövqedə mövsümün ən yaxşı beş oyunçusu açıqlanıb. Reytinqə Rafinya liderlik edir. Vinisius siyahıda ikincidir, ilk üçlüyü isə PSJ-nin futbolçusu Bredli Barkola tamamlayır. İlk beşliyə Luis Diaz (“Liverpul”) və Ademola Lokman (“Atalanta”) da yer alıb.
Bu mövsüm 28 yaşlı Rafinya bütün yarışlarda 35 oyunda 24 qol vurub və 15 məhsuldar ötürmə edib.