21 fevral 2025. Cümə

"Mənə PSJ-dən heç bir təklif gəlməyib"


"Mənə PSJ-dən heç bir təklif gəlməyib"

"Barselona"nın vingeri Lamin Yamal PSJ-yə uğursuz keçidi haqda danışıb.

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrizio Romano 17 yaşlı futbolçunun dediklərini belə çatdırıb.

"Şəxsən mənə heç bir təklif gəlməyib. Amma mənim çevrimdən kiminləsə əlaqə saxlasalar belə, mənə heç nə deməzdilər. Mənim müqaviləm var, başqa kluba keçə biləcəyimi düşünmürəm.Mən "Barselona"nı sevirəm".

Daha əvvəl Fransa nəhənginin 17 yaşlı vinger üçün kataloniyalılara 200 milyon avro təklif etdiyi bildirilirdi.

Bu mövsüm futbolçu bütün turnirlər nəzərə alınmaqla 32 matçda iştirak edib, 11 qol vurub və 15 məhsuldar ötürmə edib.







İspaniya L.L.

“Real”a getməkdənsə...
  • İspaniya L.L.
  • 20:24 20.02.2025
“Real”a getməkdənsə...
La Liqada ayın oyunçusu kim olacaq?
  • İspaniya L.L.
  • 21:25 19.02.2025
La Liqada ayın oyunçusu kim olacaq?
Bellinqhem iki oyunluq cəzalandırıldı
  • İspaniya L.L.
  • 16:59 19.02.2025
Bellinqhem iki oyunluq cəzalandırıldı