- İspaniya L.L.
- 23:21 21.02.2025
"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopezin karyerasını başqa bir İspaniya klubunda davam etdirmək imkanı var.
90deqiqe.Az "deadlinedaylive"ə istinadən xəbər verir ki, yarımmüdafiəçinin transferi ilə "Atletiko Madrid" maraqlanır. “Döşək ustaları” rəhbərliyi yay transfer pəncərəsində Fermini əldə etməyə çalışacaq. Futbolçunun agenti ilə artıq ilkin danışıqlarada başlanılıb.
21 yaşlı futbolçunun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir və onun "blauqrana" ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonunda başa çatır. İspaniya çempionatının cari mövsümündə Lopes 15 oyun keçirib, bu oyunda üç qol vurub və iki məhsuldar ötürmə edib.