- İspaniya L.L.
- 23:21 21.02.2025
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniyada futbol hakimlərinə dəstək olub.
90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Hakimlərin başına gələnlər inanılmazdır. Hamımız səhv edirik. Baş verənlərdən xoşum gəlmir. Bizə hakimlərlə belə mübahisə etmək lazım deyil. İndi bizdə əvvəllər olmayan VAR var. Biz hakimlərə etibar etməliyik və federasiya onlara öz dəstəyini bildirməlidir.Biz hakimləri qorumalıyıq, çünki onlar insandırlar”.
İspaniyalı hakimlərin işi son vaxtlar ciddi tənqidlərə məruz qalıb. Fevralın 22-də "Barselona" La Liqada "Las Palmas"la qarşılaşacaq.