4 oktyabr 2026. Bazar günü

Yamalın son vəziyyəti bilindi


Yamalın son vəziyyəti bilindi

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik komandanın hücumçusu Lamine Yamalın durumu ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.

"Yamalın "Atletiko Madrid"lə oyuna hazır olub-olmayacağına baxmaq üçün 24 saat gözləməliyik. Amma həqiqətən ümid edirəm ki, onu heyətdə görəcəm”.

İspaniya La Liqasının son oyununda "Barselona" "Las Palmas"ı 2:0 hesabı ilə məğlub edib. Yamal 85 dəqiqə meydanda olub və məhsuldar ötürmə edib. Fevralın 25-də, Bakı vaxtı ilə saat 00:30-da başlayacaq "Barselona" və "Atletiko" arasında İspaniya kubokunun yarımfinal matçı keçiriləcək.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”