- İspaniya L.L.
- 23:43 25.02.2025
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin aldığı oyun müddətindən narazı olduğu haqda çıxan xəbərlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, italyan mütəxəssis bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Güləri hər gün az-çox xoşbəxt görürəm və bu normaldır. Futbolçu oynamayanda onu xoşbəxt görmək istəmirəm. Çalışan, oxuyan, oynamaq istəyən futbolçu görürəm. Gülərlə çox vaxt keçirmirəm. Başqaları ilə daha çox vaxt keçirir. Onun irəliləməsi və "Real Madrid"də oynaması ilə bağlı fikirlərimi bölüşüb-götürmədiklərini bilmirəm”
Çərşənbə günü "Real Madrid", "Real Sosyedad" ilə Kral Kuboku matçı keçirəcək.