4 oktyabr 2026. Bazar günü

Yamal İspaniyada mükafata layiq görülüb


Yamal İspaniyada mükafata layiq görülüb

"Barselona"nın vingeri Lamine Yamal fevralda İspaniya çempionatının ən yaxşı gənc futbolçusu seçilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Yamal son bir ayda İspaniya çempionatında dörd oyunda iştirak edib. 17 yaşlı futbolçu bu görüşlərdə komanda yoldaşlarına iki təsirli ötürmə edib. Onu da qeyd edək ki, “Barselona” La Liqanın lideridir. Hans-Diter Flikin komandası əlavə göstəricilərdə bərabər xalla ikinci yerdə qərarlaşan "Real Madrid"i qabaqlayır. Kataloniya təmsilçisi növbəti çempionat matçını martın 2-də evdə “Real Sosyedad”a qarşı keçirəcək.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”