- İspaniya L.L.
- 17:28 26.02.2025
"Betis"in cinah oyunçusu Antoninin "Xetafe" ilə matçda aldığı qırmızı vərəqə ləğv edilib.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu diskvalifikasiyaya görə "Real Madrid"lə qarşıdakı oyunu buraxmalı idi, lakin araşdırmadan sonra vəsiqə ləğv edilib.
Xatırladaq ki, braziliyalı İspaniya çempionatının 25-ci turunda kobud qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. 25 yaşlı Entoni yanvarın sonundan “Betis”də çıxış edir. Bu müddət ərzində o, altı oyun keçirib, üç qol vurub və iki məhsuldar ötürmə edib. La Liqanın 26-cı turunun "Betis" - "Real Madrid" matçı martın 1-də keçiriləcək.