- İspaniya L.L.
- 17:28 26.02.2025
"Real Madrid" Kral Kuboku yarımfinalında "Real Sosyedad" ilə qarşılaşacaq matça itkilərlə çıxacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə “kral” klubunun sosial şəbəkələrində məlumat yayılıb. “Qaymaqlılar” qarşıdurmanın ilk oyunu üçün heyətini təqdim edib.
Buraya hücumçu Kilian Mbappe, yarımmüdafiəçi Federiko Valverde, qapıçı Tibo Kurtua və müdafiəçi Xesus Valyexo heyətdə yer almayıb.
Mbappenin dişi çəkildiyi üçün iştirak etməyəcəyi məlum olub. Komandanın baş məşqçisi Karlo Ançelotti fransalıya istirahət vermək qərarına gəlib. "Real Sosyedad" - "Real Madrid" matçı bu gün San Sebastiandakı stadionda keçiriləcək. Başlanğıc Bakı vaxtı ilə saat 00:30-a planlaşdırılıb.