- İspaniya L.L.
- 13:02 27.02.2025
"Real Madrid" və mərkəz müdafiəçisi Raul Asensio müqavilənin uzadılması ilə bağlı şərtlər barədə razılaşmayıblar.
90deqiqe.Az "El Partidazo de COPE"yə istinadən xəbər verir ki, Asensionun agentləri "Real Madrid"in ilk təklifini rədd ediblər. Madrid klubunun yeni təklif planı hazırladığı və futbolçunu komandada saxlamaq üçün çalışacağı bildirilib.
Futbolçunun karyerasını Avropanın digər yüksək statuslu klublarında davam etdirmək variantları var.
22 yaşlı futbolçunun hazırkı müqaviləsi 2026-cı ildə başa çatır. İspan bu mövsüm Los Blankosun əsas komandasında özünü göstərib, buna görə də klub onu yaxşılaşdırılmış şərtlərlə əmək müqaviləsinin uzadılması ilə mükafatlandırmaq qərarına gəlib.
Raul Asensio Karlo Ançelottinin komandasında 26 oyun keçirib, iki məhsuldar ötürmə edib.