- İspaniya L.L.
- 23:30 24.04.2025
La Liqanın prezidenti Xavyer Tebas 37 yaşlı hücumçu Lionel Messinin "Barselona"ya qayıdacağına iddiaları ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "Give me Sport" funksionerin dediklərini belə çatdırıb.
“Düşünürəm ki, Messi "Barselona"ya qayıtmaq istəyir, çünki orada uzun illər keçirib. Mən onun qayıdacağına tam əminəm.Ola bilsin ki, bir oyunçu kimi, amma Messinin başqa vəzifədə qayıda biləcəyini təsəvvür edə bilərəm".
Messi 2002-2021-ci illərdə "Barselona"da çıxış edib. 2023-cü ilin yayından argentinalı futbolçu "İnter Mayami"də çıxış edir. Messinin Amerika klubu ilə hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna qədərdir. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.