30 iyun 2026. Çərşənbə axşamı

"Vinisius dünyanın ən yaxşı klubunda oynayır"


"Vinisius dünyanın ən yaxşı klubunda oynayır"

"Real Madrid"in keçmiş futbolçusu Xese Rodriqes komandanın hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanı çempionatına keçmə ehtimalını şərh edib.

90deqiqe.Az "Cadena Ser"ə istinadən xəbər verir ki, hazırda Malayziyanın “Darul Takzim” klubunda çıxış edən 32 yaşlı futbolçu braziliyalı forvardın Səudiyyə Ərəbistanına getməyə razılıq verməməli olduğunu bildirib.

“Mən Vinisiusun yerində olsaydım, Səudiyyə Ərəbistanına köçməyə razı olmazdım. İndi o, dünyanın ən yaxşı klubunda oynayır. Klub ona kapitan sarğısını verərək xəbər göndərdi. Vinisius beş ildən sonra rahatlıqla ayrıla bilər.Bu, yalnız maliyyə ilə bağlı deyil".

24 yaşlı braziliyalının "Real"la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. Forvardın transfer dəyəri 200 milyon avro qiymətləndirilir. İspaniya çempionatının cari mövsümündə Vinisius 19 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.







İspaniya L.L.

"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"
"Bu, böyük qürurdur"
  • İspaniya L.L.
  • 23:45 24.06.2026
"Bu, böyük qürurdur"
"O, futbolun Maykl Cordanıdır"
  • İspaniya L.L.
  • 22:03 21.06.2026
"O, futbolun Maykl Cordanıdır"