21 mart 2026. Şənbə

"Espanyol" qapıçısını "Barselona"ya satmayacaq


"Espanyol" qapıçısını "Barselona"ya satmayacaq

"Espanyol"un qapıçısı Joan Qarsiya "Barselona"ya keçməyəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Məlumatda, sözügedən klubun rəhbərliyinin gənc qolkiperi satmaq fikrində olmadığı qeyd olunub.

Daha əvvəl mətbuatda "blauqrana"nın Dani Olmo ilə agenti olan 23 yaşlı oyunçu ilə maraqlandığı bildirilirdi.

Xatırladaq ki, daha əvvəl Qarsiya ilə "Mançester Siti" və "Arsenal"ın maraqlandığı bildirilirdi. Bu mövsüm İspaniya çempionatında 25 oyun keçirən qolkiper 36 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlaya bilib.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə