18 avqust 2026. Çərşənbə axşamı

“Oyunsuz bir həftə sonu"


“Oyunsuz bir həftə sonu"

"Real Madrid"in yarımmüdafiəçisi Cude Bellinqhem hakimlə dialoqda təhqiramiz ifadələr işlətdiyi üçün iki oyunluq cəzalandırılıb.

90deqiqe.Az-ın məlumatına görə, futbolçu sosial şəbəkədə idman zalında çəkdirdiyi şəkli paylaşaraq diskvalifikasiyasından dərs aldığını bildirib.

“Oyunsuz bir həftə sonu.Dərs alındı!" 

Xatırladaq ki, ingilis futbolçu qırmızı vərəqə səbəbi ilə "Real"ın "Jirona" (2:0 qalibiyyət) və "Betis"lə (1:2 məğlubiyyət) matçlarını buraxıb.

"Real Madrid" növbəti matçını martın 4-də keçirəcək. Bu gün Karlo Ançelottinin komandası Çempionlar Liqasının 1/8 final mərhələsində doğma meydanda “Atletiko” ilə qarşılaşacaq.







İspaniya L.L.

“Barselona” “Bazel”i məğlub edib
  • İspaniya L.L.
  • 20:52 16.08.2026
“Barselona” “Bazel”i məğlub edib