14 may 2026. Cümə axşamı

Suares sıradan çıxdı


Suares sıradan çıxdı

La Liqanın birinci turunun “Atletik”ə qarşı dünən keçirilən matçında “Barselona”nın hücumçusu Luis Suares zədələnərək sıradan çıxıb.

Corner.az xəbər verir ki, əzələsi dartılan təcrübəli futbolçu 34-cü dəqiqədə məcburi əvəzlənməli olub. Bu gün o, tibbi müayinədən keçəcək. Bundan sonra zədənin dəqiq bərpa müddəti müəyyənləşəcək.

Xatırladaq ki, dünənki görüşdə “Barselona” “Atletik”ə səfərdə 0:1 hesabı ilə uduzub.







İspaniya L.L.