- İspaniya L.L.
- 23:13 03.03.2025
"Real Madrid"in hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanı klublarının marağı ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, "Madrid Xtra" braziliyalının dediklərini belə çatdırıb.
“Mən çox sakitəm, çünki 2027-ci ilə qədər müqaviləm var və onu uzatmaq üçün səbirsizlənirəm. Bu ən yaxşı yerdir. Mən burada ən yaxşılarla oynayıram. Mən çox xoşbəxtəm".
Vinisius 2018-ci ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm 24 yaşlı braziliyalı bütün yarışlarda 35 matçda meydana çıxıb, 17 qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Vinisiusun dəyəri 200 milyon avrodur.