- İspaniya L.L.
- 23:44 08.03.2025
"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegenin yaşıl meydana nə vaxt qayıdacağı məlum olub.
90deqiqe.Az "Diario Sport"a istinadən xəbər verir ki, "Barselona" Çempionlar Liqasının 1/4 finalına yüksəlsə, 32 yaşlı qoliper meydana çıxacaq.
Alman qolkiper artıq bir neçə həftədir meydanda məşq edir.
Xatırladaq ki, qapıçı mövsümün lap əvvəlində ciddi zədə almışdı. Onun son çıxışı 22 sentyabr 2024-cü ildə olub.
Əlavə edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları aprelin 8-9-na təyin edilib. Martın 11-də “Barselona” 1/8 final mərhələsinin cavab matçını “Benfika” ilə keçirəcək. İlk görüş kataloniyalıların 1:0 hesablı səfər qələbəsi ilə yekunlaşıb.