9 mart 2025. Bazar günü

Niko Uilyams yayda "Barselona"ya keçməməsinin səbəbini açıqlayıb


Niko Uilyams yayda "Barselona"ya keçməməsinin səbəbini açıqlayıb

"Atletik Bilbao"nun cinah oyunçusu Niko Uilyams "Barselona"ya keçidinin ötən yay niyə baş tutmamasına cavab verib.

90deqiqe.Az xəbər verir ki, "FF" ispan futbolçunun dediklərini belə çatdırıb. 

"Atletik" mənim ailəmdir. Klub daxilində inanılmaz əlaqələrimiz var. Düşünmürəm ki, başqa yerdə belə ab-hava tapa bilməzdim. O anda mənə doğru gələn bir qərar verdim və bundan çox məmnunam”,

"Blauqrana"nın ispan futbolçunun transferi üçün 62 milyon avro ödəməyə hazır olduğunu yazıb.

Bu mövsüm 22 yaşlı vinger bütün turnirlərdə 34 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 70 milyon avrodur.







İspaniya L.L.

Ev sahiblərinin günü
  • İspaniya L.L.
  • 23:44 08.03.2025
Ev sahiblərinin günü
"Rayo Valyekano" ilə matçı buraxa bilər
  • İspaniya L.L.
  • 16:58 08.03.2025
"Rayo Valyekano" ilə matçı buraxa bilər