- İspaniya L.L.
- 18:45 09.03.2025
"Barselona"nın sabiq baş məşqçisi Xavi, komandaya rəhbərlik etdiyi dönəmdə akademiyanın bir neçə yetirməsinin debüt etməsindən qürur duyduğunu bildirib.
90deqiqe.Az xəbər verir ki, "France Football" çalışdırıcının dediklərini belə çatdırıb.
"Titullar qazanmaqdan əlavə, yeni nəslə güvəndiyim üçün çox qürurluyam. Fermin Lopes, Lamin Yamal, Pau Kubarsi və Aleks Balde kimi futbolçular klubun gələcəyini təmsil edirlər. Bu, mənim üçün böyük qürur mənbəyidir"
Fermin, Yamal, Kubarsi və Balde Xavinin dövründə böyük Blaugrana komandasında debüt etmişlər. İspan mütəxəssis 2021-2024-cü illərdə Kataloniya klubunun baş məşqçisi olub.