21 mart 2025. Cümə

Rodriqo "Real"dakı gələcəyi ilə bağlı qərar verib

braziliyalı


Rodriqo "Real"dakı gələcəyi ilə bağlı qərar verib

"Real Madrid"in sağ cinah oyunçusu Rodriqo Madrid klubundakı gələcəyi ilə bağlı qərar verib.

90deqiqe.Az-ın "Marca"ya istinadən verdiyi xəbərə görə, 24 yaşlı futbolçu Madrid klubunda çıxışını davam etdirmək niyyətindədir. Rodriqonun "Real Madrid"də xoşbəxt olduğu və komanda dəyişməyi planlaşdırmadığı qeyd edilir.

"Real Madrid" özü də oyunçunu buraxmaq istəmir, çünki Rodriqonun komandanın nəticələrinə töhfəsini yüksək qiymətləndirir.

Daha əvvəl forvardla Səudiyyə Ərəbistanı klublarının maraqlandığı bildirilirdi.

Bu mövsüm Rodriqo La Liqada "Los Blancos"un heyətində 23 oyun keçirib, 6 qol vurub və komanda yoldaşları üçün 5 məhsuldar ötürmə edib. Braziliyalı həm də Çempionlar Liqasının 9 oyununda 5 qol vurub. Onun klubla müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.







İspaniya L.L.

"Real" Asensio ilə razılığa gəlib
  • İspaniya L.L.
  • 21:34 19.03.2025
"Real" Asensio ilə razılığa gəlib
"La Liqa artıq əvvəlki kimi deyil"
  • İspaniya L.L.
  • 20:07 19.03.2025
"La Liqa artıq əvvəlki kimi deyil"
 Mark Kasadonun son durumu
  • İspaniya L.L.
  • 21:44 18.03.2025
Mark Kasadonun son durumu
Modriç "Real"da qalmaq istəyir
  • İspaniya L.L.
  • 16:00 18.03.2025
Modriç "Real"da qalmaq istəyir