10 mart 2025. Bazar ertəsi

Vinisius Ronaldonun rekordunu təkrarlayıb


Vinisius Ronaldonun rekordunu təkrarlayıb

"Real Madrid" İspaniya çempionatında evdə "Rayo Valyekano"ya qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, ilk hissədə "qaymaqlılar"ın hücumçusu Vinisius Junior rəqib komandanın qapısına qol vurub. Bu qol Vinisiusun "Real Madrid"də vurduğu 103-cü qol olub.

Braziliyalı futbolçu, "Los Blancos" üçün daha çox qol vuran oyunçu olaraq tarixə düşüb. Vinisius, əvvəlki rekordçulardan biri olan Kriştiano Ronaldo ilə bərabərləşərək klub tarixinin ən çox qol vuran futbolçuları arasında yer alıb.

Hazırda həm Vinisius, həm də Ronaldo "Real Madrid" tarixində 103 qol vurmuş oyunçulardır və bu nəticə ilə onlar 19-cu yeri bölüşürlər. Birinci yerdə isə 450 qol ilə Kriştiano Ronaldo qərarlaşıb.







İspaniya L.L.

Vinisius Ronaldonun rekordunu təkrarlayıb
  • İspaniya L.L.
  • 23:45 09.03.2025
Vinisius Ronaldonun rekordunu təkrarlayıb
Ev sahiblərinin günü
  • İspaniya L.L.
  • 23:44 08.03.2025
Ev sahiblərinin günü