4 oktyabr 2026. Bazar günü

"Barselona" 33 yaşlı müdafiəçisi ilə bağlı qərar verib


"Barselona" 33 yaşlı müdafiəçisi ilə bağlı qərar verib

"Barselona"nın müdafiəçisi İniqo Martinez komandada çıxışını davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

33 yaşlı futbolçu ilə 2026-cı ilin yayına qədər davam edəcək yenilənmiş müqavilə imzalanıb.

Xatırladaq ki, ispaniyalı "Barselona" forması ilə 58 oyuna çıxıb, üç qol vurub və dörd məhsuldar ötürmə edib. Hazırda İspaniya çempionatının turnir cədvəlinə "Barselona" başçılıq edir.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”