17 may 2025. Şənbə

İki La Liqa klubu "Barselona"nın qapıçısını almaq istəyir


İki La Liqa klubu "Barselona"nın qapıçısını almaq istəyir

"Barselona"nın qapıçısı İnaki Pena yay transfer pəncərəsində klubu tərk edəcək.

90deqiqe.Az-ın “Diario Sport”a istinadən verdiyi xəbərə görə, 26 yaşlı futbolçu ilə İspaniya La Liqasının iki təmsilçisi maraqlanır. Söhbət "Betis" və "Selta"dan gedir. Sözügedən klublar artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.

Bu mövsüm Penya bütün yarışlarda 22 matçda meydana çıxıb, 25 qol buraxıb və altı dəfə qapısını təmiz saxlayıb. Penyanın "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri on milyon avrodur.







İspaniya L.L.

Pedri, Messinin rekordunu üstələyib
  • İspaniya L.L.
  • 16:13 16.05.2025
Pedri, Messinin rekordunu üstələyib
Kristensen "Barselona"da qalmaq istəyir
  • İspaniya L.L.
  • 12:00 15.05.2025
Kristensen "Barselona"da qalmaq istəyir