14 mart 2025. Cümə

Vinisius "Real"ın növbəti matçını buraxa bilər


Vinisius "Real"ın növbəti matçını buraxa bilər

"Real Madrid"nin hücumçusu Vinisius Junior son məşqdə komandanın digər üzvləri ilə iştirak etməyib.

90deqiqe.Az-ın “Marca”ya istinadən verdiyi xəbərə görə,  braziliyalı forvard diskomfort yaşayır və bu səbəbdən "Atletiko" ilə Çempionlar Liqasının cavab oyununda əlavə vaxtda əvəzlənib.

Oyunçunun növbəti matçda iştirakı ilə bağlı qərar hələ verilməyib, klub heç bir riskə getməyəcək.

Martın 15-də “qaymaqlılar” İspaniya çempionatının səfər oyununda “Vilyarreal”la qarşılaşacaq. Real Madrid hazırda La Liqa turnir cədvəlində ikinci yerdədir.







İspaniya L.L.

"Real Madrid" əsas müdafiəçisini itirdi
  • İspaniya L.L.
  • 23:18 13.03.2025
"Real Madrid" əsas müdafiəçisini itirdi