25 aprel 2025. Cümə

Pike İspaniya Superkubokunun təşkili zamanı baş vermiş korrupsiya işi ilə bağlı dindirilib


Pike İspaniya Superkubokunun təşkili zamanı baş vermiş korrupsiya işi ilə bağlı dindirilib

"Barselona"nın sabiq müdafiəçisi Jerard Pike İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında təşkili ilə bağlı korrupsiya və çirkli pulların yuyulması iddiaları ilə bağlı məhkəmədə ifadə verib.

90deqiqe.Az-ın "Relevo"ya istinadən verdiyi xəbərə görə, “mavi qranat”ın keçmiş futbolçusu məhkəməyə 8 hüquq-mühafizə orqanı əməkdaşının müşayiəti ilə gəlib.

İspaniya millisinin sabiq müdafiəçisinin dindirilməsi iki saatdan çox davam edib.

Məhkəmənin sonunda Pike çıxış etmək istəyib. Çıxışı zamanı səsi titrəyərək emosiyalarını saxlaya bilməyən eks-futbolçu belə bir məhkəmə prosesinin onun reputasiyasına böyük zərbə vuracağını qeyd edib.

"Bunun mənə nə qədər zərər verdiyini bilmirsiniz; başqa ölkədə indiyə qədər mənim heykəlimi ucaldardılar" - deyə, sabiq futbolçu qeyd edib.







İspaniya L.L.

La Liqada aprelin ən yaxşısı
  • İspaniya L.L.
  • 23:30 24.04.2025
La Liqada aprelin ən yaxşısı
"Barselona" Viktorla bağlı qərar verib
  • İspaniya L.L.
  • 17:22 24.04.2025
"Barselona" Viktorla bağlı qərar verib
Bartra "Betis"lə müqaviləni uzadıb
  • İspaniya L.L.
  • 13:12 24.04.2025
Bartra "Betis"lə müqaviləni uzadıb
"Atletik"ə bir qol bəs etdi
  • İspaniya L.L.
  • 23:27 23.04.2025
"Atletik"ə bir qol bəs etdi
Vinisius FİFA-ya şikayət edilib
  • İspaniya L.L.
  • 14:16 23.04.2025
Vinisius FİFA-ya şikayət edilib