5 dekabr 2025. Cümə

De Yonq zəif çıxışından danışdı


De Yonq zəif çıxışından danışdı

"Barselona"nın yarımmüdafiəçisi Frenkie de Yonq zəif çıxışı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal" 27 yaşlı futbolçunun dediklərini belə çatdırıb. 

"Mən qol vura və ya assist edə bilərəm, amma indi altı nömrə kimi oynayıram.Mən sərbəst hərəkət edirəm, amma "Barsa"da ən müdafiəyə meyilli yarımmüdafiəçiyəm. Məndən 10 qol gözləmək olmaz”.

Daha əvvəl "Barselona"nın de Yonqa yeni əmək müqaviləsi təklif etdiyi bildirilirdi.

Bu mövsüm niderlandlı bütün turnirlərdə 29 matçda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib. 







İspaniya L.L.