16 mart 2025. Bazar günü

Mbappe, "Real"dakı ilk mövsümündə Ronaldonu keçib


Mbappe, "Real"dakı ilk mövsümündə Ronaldonu keçib

"Real"ın hücumçusu Kilian Mbappe komandadakı ilk mövsümündə vurduğu qolların sayına görə braziliyalı Ronaldonu geridə qoyub.

90deqiqe.Az-ın məlumatına görə, fransalı futbolçu “Vilyarreal”ın qapısında 6 dəqiqə ərzində iki dəfə yol tapıb. Mbappe bütün yarışlarda keçirdiyi 44-cü matçında "Real"ın heyətində 30 və 31-ci qollarını vuraraq, Ronaldonun nailiyyətini üstələməyə imkan verib.

Kilian həmçinin La Liqada 26-cı matçında 19 və 20-ci qollarını vurub. Qol vurmaq yarışında o, “Barselona”nın hücumçusu Robert Levandovskidən bir qol geri qalır.

Mbappe yay transfer pəncərəsində "Real Madrid"ə keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 160 milyon avrodur.







İspaniya L.L.

"Real" 3 xalı 2 qolla qazandı
  • İspaniya L.L.
  • 23:19 15.03.2025
"Real" 3 xalı 2 qolla qazandı
De Yonq zəif çıxışından danışdı
  • İspaniya L.L.
  • 20:29 15.03.2025
De Yonq zəif çıxışından danışdı
"Mövsüm indi başlayır"
  • İspaniya L.L.
  • 19:59 15.03.2025
"Mövsüm indi başlayır"