17 may 2025. Şənbə

Mbappe, “Real Madrid”in oyun cədvəlindən narazı olduğunu bildirib


Mbappe, “Real Madrid”in oyun cədvəlindən narazı olduğunu bildirib

“Real Madrid”in hücumçusu Kilian Mbappe, Çempionlar Liqasının 1/8 finalında “Atletiko”ya qarşı (1:0, 2:4 pen.) keçirdikləri matçdan sonra, İspaniya çempionatının 28-ci turunda “Vilyarreal”la oynamağın (1:2) komanda üçün çətin olduğunu bildirib.

90deqiqe.Az xəbər verir ki, fransalı forvard bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“Çox çətindir. “Atletiko” ilə oyunu hamı gördü. Meydanda 120 dəqiqə keçirdik və çoxlu emosiyalar keçirdik. Belə bir matçdan iki gün sonra oynamaq çətindir, lakin biz [“Real Madrid”] nişanına hörmət etməli və sona qədər mübarizə aparmalıyıq"

Xatırladaq ki, “qaymaqlılar” martın 12-də çərşənbə günü “Atletiko” ilə qarşılaşıb. Martın 15-i şənbə günü “Real Madrid” “Vilyarreal”la qarşılaşıb.







İspaniya L.L.

Pedri, Messinin rekordunu üstələyib
  • İspaniya L.L.
  • 16:13 16.05.2025
Pedri, Messinin rekordunu üstələyib
Kristensen "Barselona"da qalmaq istəyir
  • İspaniya L.L.
  • 12:00 15.05.2025
Kristensen "Barselona"da qalmaq istəyir