21 mart 2026. Şənbə

"Yenidən ehtiyat oyunçular skamyasında otursam, heç bir problemim olmayacaq"


"Yenidən ehtiyat oyunçular skamyasında otursam, heç bir problemim olmayacaq"

"Barselona"nın qapıçısı Voyçex Şesni komandadakı hazırkı mövqeyindən razı olub-olmamasından danışıb.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal" polşalı futbolçunun dediklərini belə çatdırıb. 

“Mən gələndə skamyada üç-dörd ay keçirdim və bununla bağlı heç bir problemim yox idi. İndi oynayıram və heç bir problemim yoxdur. Yenidən otursam, heç bir problemim olmayacaq”.

34 yaşlı oyunçu "Barselona"ya 2024-cü ilin oktyabrında keçib. Bu müddət ərzində o, bütün turnirlərdə 15 oyun keçirib, 14 qol buraxıb və səkkiz qapısını təmiz saxlayıb.Şesninin Kataloniya klubu ilə hazırkı əmək müqaviləsi bu ilin iyunun 30-na qədərdir.







İspaniya L.L.

Alvaresin əvəzinə Qrinvud
  • İspaniya L.L.
  • 20:52 17.03.2026
Alvaresin əvəzinə Qrinvud
“Betis”dən heç-heçə
  • İspaniya L.L.
  • 23:39 15.03.2026
“Betis”dən heç-heçə