25 aprel 2025. Cümə

"Ümid edirik ki, Flik uzun müddət "Barselona"da qalacaq"


"Ümid edirik ki, Flik uzun müddət "Barselona"da qalacaq"

"Barselona"nın yarımmüdafiəçisi Qavi komandanın baş məşqçisi Hans-Diter Flik haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Barca Universal" ispan futbolçunun dediklərini belə çatdırıb. 

“Flik fantastik məşqçidir. O, paltardəyişmə otağında hər kəsi çox müsbət mənada təəccübləndirib. Biz onunla çox xoşbəxtik və onun uzun müddət "Barselona"da qalacağına ümid edirik"

Xatırladaq ki, Flik ötən yay Xavi Hernandesi əvəz edərək "Barselona"ya keçib. Keçirilən 26 oyundan sonra kataloniyalılar İspaniya çempionatının turnir cədvəlində lider "Real Madrid"dən 3 xal geridə qalaraq ikinci yeri tuturlar. Qeyd edək ki, “mavi qranatlar”ın “qaymaqlılardan” iki oyunu azdır.

 

 







İspaniya L.L.

La Liqada aprelin ən yaxşısı
  • İspaniya L.L.
  • 23:30 24.04.2025
La Liqada aprelin ən yaxşısı
"Barselona" Viktorla bağlı qərar verib
  • İspaniya L.L.
  • 17:22 24.04.2025
"Barselona" Viktorla bağlı qərar verib
Bartra "Betis"lə müqaviləni uzadıb
  • İspaniya L.L.
  • 13:12 24.04.2025
Bartra "Betis"lə müqaviləni uzadıb