- İspaniya L.L.
- 22:05 17.03.2025
"Real Madrid"in qapıçısı Tibo Kurtua La Liqa rəsmilərini təqvimlə bağlı tənqid edib.
90deqiqe.Az xəbər verir ki, belçikalı qolkiper, çərşənbə günü 120 dəqiqə və penaltilər seriyasında oynayıb, sonra şənbə günü axşam milli çempionatda oynamağın normal olmadığını bildirib.
“Mən başa düşürəm ki, La Liqa rəhbərliyi üç top-klubun eyni gündə oynamasını xoşlamır, lakin bəzən bu, həqiqətən də zəruridir. İngiltərədə bunu belə edirlər. "Real Madrid"in şənbə günü, "Barselona" və "Atletiko"nun isə bazar günü oynaması yalnız televiziya üçün faydalıdır"
Xatırladaq ki, "Real Madrid" İspaniya çempionatının 28-ci turunda "Vilyarreal" üzərində güclü iradəli qələbə qazanıb. Los Blankosun hər iki qolu Kilian Mbappe vurub.