17 may 2025. Şənbə

"Real" onu yalnız bir şərtlə satacaq


"Real" onu yalnız bir şərtlə satacaq

"Real Madrid" hücumçusu Vinisius Juniorla əmək müqaviləsini uzatmaq üzərində işləyir.

90deqiqe.Az-ın "Todofichajes"ə istinadən verdiyi xəbərə görə, Madrid klubu braziliyalı futbolçunun müqaviləsini yeniləmək istəməməsindən getdikcə daha çox narahatdır. Bu səbəbdən "qaymaqlılar" Vinisiusu Səudiyyə Ərəbistanına 300 milyon avroya satmaq imkanını ciddi şəkildə düşünür.

Bundan əvvəl mətbuatda Vinisius Juniorun maaş artımı əldə etmək istədiyi barədə məlumatlar yayılmışdı. Lakin "Real" bu səbəbdən kaprizli braziliyalının xatirinə maaş balansını pozmağı planlaşdırmır. Vinisiusun transferi isə tarixinin ən bahalı transferi ola bilər.

Hazırkı rekord Neymarın 222 milyon avroya "Barselona"dan PSJ-yə transferidir.







İspaniya L.L.

Pedri, Messinin rekordunu üstələyib
  • İspaniya L.L.
  • 16:13 16.05.2025
Pedri, Messinin rekordunu üstələyib
Kristensen "Barselona"da qalmaq istəyir
  • İspaniya L.L.
  • 12:00 15.05.2025
Kristensen "Barselona"da qalmaq istəyir