- İspaniya L.L.
- 16:00 18.03.2025
"Real Madrid"in və Fransa millisinin hücumçusu Kilian Mbappe PSJ rəhbərliyi ilə münaqişədən danışıb.
90deqiqe.Az xəbər verir ki, "Le Parisien" təcrübəli oyunçunun dediklərini belə çatdırıb.
“Maliyyə fərqlərimiz tezliklə aradan qaldırılacaq. Bu, vəkillərin işidir. Mən bundan narahat deyiləm. Mən həmişə neqativi görən adamlardan deyiləm. Mənim üçün edilənlərə görə necə minnətdar olacağımı bilirəm. PSJ prezidenti? Mən onun əlini sıxmağa hazıram.”
Ulduz hücumçunun Paris nəhəngindən bonus borcu olaraq 55 milyon avro təzminat almaq istədiyi daha əvvəl bildirilirdi.
Mbappe 2024-cü ilin yayında PSJ-dən "Real Madrid"ə keçib.