- İspaniya L.L.
- 11:20 03.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
İtaliyanın “Komo” klubunun baş məşqçisi Sesk Fabreqas Madrid “Real”ının məşq bazasında olub, burada komandanın baş məşqçisi Karlo Ançelotti ilə söhbət edib.
90deqiqe.Az-ın "ABC"ə istinadən verdiyi xəbərə görə, mütəxəssislər "Komo"da çıxış edən yarımmüdafiəçi Niko Pazın gələcəyini müzakirə ediblər.
Futbolçu 6,5 milyon avroya alınıb, ona olan hüquqların 50 faizi "kral" klubuna məxsusdur. "Real Madrid" istəsə Pazı geri ala bilər. Fabreqas da öz növbəsində yarımmüdafiəçini ən azı növbəti mövsümün sonuna qədər saxlamaq istəyir. Ançelotti ispaniyalının istəklərinə müsbət cavab verib.
Bu mövsüm Niko İtaliya çempionatında 27 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.