17 may 2025. Şənbə

Endrikin "Real Madrid"dən ayrılmaq fikri yoxdur


Endrikin "Real Madrid"dən ayrılmaq fikri yoxdur

"Real Madrid"in gənc hücumçusu Endrik bu mövsüm başa çatdıqdan sonra klubunu dəyişməyi planlaşdırmır.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən verdiyi xəbərə görə, 18 yaşlı futbolçu "kral" klubu ilə ilk mövsümünün necə keçməsindən razıdır.

Gənc hücumçu yaxşı bilir ki, dünya futbolunun ulduzları ilə rəqabət aparmalı olduğu üçün ona az oyun vaxtı olur.

Braziliyalı oyunçu Madrid komandasında oynamağa davam edəcəyini gözləyir və başqa kluba icarəyə getmək variantlarını nəzərdən keçirmir.

Xatırladaq ki, Endrik bu mövsüm İspaniya çempionatında “Los Blankos”un heyətində 16 oyun keçirib, 1 qol vurub.







İspaniya L.L.

Pedri, Messinin rekordunu üstələyib
  • İspaniya L.L.
  • 16:13 16.05.2025
Pedri, Messinin rekordunu üstələyib
Kristensen "Barselona"da qalmaq istəyir
  • İspaniya L.L.
  • 12:00 15.05.2025
Kristensen "Barselona"da qalmaq istəyir