14 may 2025. Çərşənbə

Modriç karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb


Modriç karyerasını bitirmək istədiyi klubun adını açıqlayıb

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç karyerasını komandada bitirmək istəyir.

90deqiqe.Az-ın məlumatına görə, Xorvatiyalı futbolçu hələ butslarını asmaq fikrində olmadığını desə də, gələcəyi ilə bağlı hələ də aydınlıq olmadığını qeyd edib.

“Real Madriddə təqaüdə çıxmaq istərdim, bu mənim üçün arzu olardı. Hələ çox oyun var və mən qalanlara diqqət etməliyəm. Bundan sonra nə olacağını görəcəyik”

Bu mövsüm Modriç bütün klub yarışlarında 44 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun "Real Madrid" ilə hazırkı müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir və transfer dəyəri 5 milyon avrodur. Xorvatiya millisinin tərkibində Modriç dünya çempionatının gümüş və bürünc mükafatçısıdır. 







İspaniya L.L.

Lunin “Malyorka” ilə oyunu buraxacaq
  • İspaniya L.L.
  • 16:16 14.05.2025
Lunin “Malyorka” ilə oyunu buraxacaq
"Barselona" hücumçunu sata bilər
  • İspaniya L.L.
  • 15:04 14.05.2025
"Barselona" hücumçunu sata bilər
"Xabi Alonsoya məsləhətim yoxdur"
  • İspaniya L.L.
  • 19:49 13.05.2025
"Xabi Alonsoya məsləhətim yoxdur"