- İspaniya L.L.
- 22:14 03.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bu gün qadınlardan ibarət “Real Madrid” komandası tarixində ilk dəfə “Barselona” komandasına qalib gəlib (3:1).
90deqiqe.Az xəbər verir ki, oyun "Olimpiko" stadionunda baş tutub.
41-ci dəqiqədə "Real Madrid"in hücumçusu Alba Redondo hesabı açıb. "Barselona"nın bərabərlik qolunu 67-ci dəqiqədə Karolin Qrem Hansen vurub. Karolin Ueyr 87-ci dəqiqədə qonaqları hesabda önə keçirib. Oyunun yekun nəticəsini yenidən Veyr 90+7-ci dəqiqədə vuraraq, matçda iki dəfə fərqlənib – 3:1.
Bu görüşə qədər "mavi qranatlar" 18 görüşün hamısında qalib gəlmişdilər.
Qadınlar arasında İspaniya çempionatının turnir cədvəlinə 23 oyundan sonra 63 xalla "Barselona" başçılıq edir. "Real Madrid" eyni sayda oyundan sonra 59 xalla ikinci yerdədir. Növbəti mərhələdə “Barselona” “Qranada” ilə (30 mart), “Real” isə “Real Sosyedad”la (30 mart) qarşılaşacaq.