- İspaniya L.L.
- 20:18 01.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Barselona"nın idman direktoru Deko "Liverpul"un yarımmüdafiəçisi Luis Diası transfer etməkdə maraqlıdır.
90deqiqe.Az-ın "El Nacional"a istinadən verdiyi xəbərə görə, “mavi qranatlar” 28 yaşlı futbolçu üçün təxminən 70 milyon avro ödəməli olacaq, lakin Kataloniya klubu belə bir transferin zəruriliyinə şübhə edir, çünki komandada artıq Rafinya və Lamine Yamal var.
Kolumbiyalı futbolçu ilə müqavilə imzalansa, bu tip oyunçuların çoxluğu ola bilər.
Qeyd edək ki, “Barselona”nın rəhbərləri bu pula yeni müdafiəçi və ya yarımmüdafiəçi almağa daha çox meyllidirlər. Xatırladaq ki, bu mövsüm Luis Dias "Liverpul"un heyətində İngiltərə çempionatında 28 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.