2 aprel 2025. Çərşənbə

Flik bu mövsüm dördüncü dəfə La Liqada ayın baş məşqçisi seçilib


Flik bu mövsüm dördüncü dəfə La Liqada ayın baş məşqçisi seçilib

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik İspaniya çempionatının mart ayının ən yaxşı məşqçisi seçilib.

90deqiqe.Az xəbər verir ki, bu artıq 60 yaşlı mütəxəssis üçün La Liqanın hazırkı yarışında dördüncü mükafatdır.

Mart ayında “Barselona” ölkə çempionatında iki oyun keçirib, hər ikisində qalib gəlib.

Xatırladaq ki, katalonlar “Real Sosyedad”ı (4:0) və “Atletiko Madrid”i (4:2) məğlub etmişdilər. 28 turdan sonra Flikin komandası 60 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. Qeyd edək ki, "mavi qranatlılar"ın əlində bir oyun var. Cümə axşamı, martın 27-də “Barselona” öz meydanında “Osasuna” ilə qarşılaşacaq.







İspaniya L.L.