20 aprel 2025. Bazar günü

Qrizmann "Atletiko"da qalmağa hazırdır


Qrizmann "Atletiko"da qalmağa hazırdır

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmann ən azı daha bir mövsüm komandada qalmağa hazırdır.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən verdiyi xəbərə görə, beynəlxalq fasilə zamanı Madrid klubunun nümayəndələri 34 yaşlı futbolçu ilə növbəti mövsüm üçün planları müzakirə ediblər. Nəticədə tərəflər əməkdaşlığı davam etdirmək istədikləri qənaətinə gəliblər.

Qrizmann komandada qalmaq istəyir.

Buna səbəb forvardın oyunundan çox razı olan "döşək ustaları"nın baş məşqçisi Dieqo Simeone razılıq verib.

Bundan əvvəl mətbuatda fransalının MLS-ə keçə biləcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Bu mövsüm Antuan Qrizmann "Atletiko"nun heyətində İspaniya çempionatında 28 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.







İspaniya L.L.

"Barselona"dan əzmkar qələbə
  • İspaniya L.L.
  • 21:11 19.04.2025
"Barselona"dan əzmkar qələbə
Flik Ter Stegenlə bağlı qərar verib
  • İspaniya L.L.
  • 14:55 19.04.2025
Flik Ter Stegenlə bağlı qərar verib
Klopp məşqçiliyə qayıtmayacaq
  • İspaniya L.L.
  • 22:04 18.04.2025
Klopp məşqçiliyə qayıtmayacaq