- İspaniya L.L.
- 20:18 01.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik Robert Levandovski ilə Ferran Torres arasındakı rəqabətdən danışıb.
90deqiqe.Az xəbər verir ki, alman mütəxəssis, Levandovskinin La Liqanın bombardiri üçün mükafat haqqında düşünmədiyini bildirib.
"Ferran və Levi ilə danışdım. Osasuna ilə oyundan əvvəl qarşıdakı matçları nəzərə alaraq qərar verdik [Levandovski sonra ikinci hissədə əvəzedici kimi meydana çıxdı - red.]. Levandovski yalnız komandanın uğurunu istəyir, Piçiçi kuboku haqqında düşünmür. Komandanın nəyə ehtiyacı olduğuna baxır.Bu, çox yaxşıdı"
"Barselona" bazar günü La Liqada "Jirona"nın qonağı olacaq.