4 oktyabr 2026. Bazar günü

Qrizmann yeni rekorda imza atıb


Qrizmann yeni rekorda imza atıb

"Atletiko Madrid" bu gün La Liqada səfərdə "Espanyol"la heç-heçə edib.

90deqiqe.Az xəbər verir ki, qonaqların hücumçusu Antuan Qrizmann bu oyuna start heyətdə başlayıb. Bununla da fransız yeni rekorda imza atıb. Qrizmann hazırda İspaniya La Liqasında çıxışlarına görə əcnəbi futbolçular arasında birinci yerdədir.

Antuan üçün hazırkı matç onun İspaniya çempionatında 521-ci oyunudur.

Lionel Messi 520 oyunla geridədir.







İspaniya L.L.

“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”