6 iyul 2026. Bazar ertəsi

"Mbappenin "Real"da Kriştiano Ronaldo kimi nailiyyətlər əldə etmək imkanı var"


"Mbappenin "Real"da Kriştiano Ronaldo kimi nailiyyətlər əldə etmək imkanı var"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti, Kilian Mbappenin "Əl-Nəsr"də çıxış edən Kriştiano Ronaldo ilə eyni nəticəni göstərə biləcəyini açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, "AS" nəşri italyan çalışdırıcının dediklərini belə çatdırıb. 

"Mbappe tarixin ən yaxşısı olacaqmı? Bu, mürəkkəbdir. Mbappeyə məsləhət görə bilərəm ki, Kriştianonun "Real Madrid"də əldə etdiyi nailiyyətlərə nail olsun. Onun belə bir imkanı var. Bu o deməkdir ki, o, Kriştiano kimi əfsanəyə çevriləcək"

Bundan əvvəl Mbappe bu mövsüm 33-cü qolunu vurub və "Real Madrid"dəki ilk mövsümündə vurduğu qollarda portuqaliyalı ulduz Kriştiano Ronaldo və niderlandlı keçmiş hücumçu Ruud van Nistelroya çatıb.

Kilian Mbappe yay transfer pəncərəsində Kral Klubuna keçib və Los Blankos ilə 2029-cu ilə qədər müqavilə imzalayıb.Transfermarkt portalında verilən məlumata görə, fransız futbolçunun bazar dəyəri 160 milyon avrodur.







İspaniya L.L.

Arauxo “Barselona”da qalmaq istəyir
  • İspaniya L.L.
  • 23:48 02.07.2026
Arauxo “Barselona”da qalmaq istəyir
"Luka Modriç mənim üçün bütdür"
  • İspaniya L.L.
  • 22:07 30.06.2026
"Luka Modriç mənim üçün bütdür"
"Mourinyo məni "Real"a dəvət etməyib"
  • İspaniya L.L.
  • 21:57 28.06.2026
"Mourinyo məni "Real"a dəvət etməyib"
"Yamal artıq lider kimi davranır"
  • İspaniya L.L.
  • 23:50 24.06.2026
"Yamal artıq lider kimi davranır"