5 oktyabr 2026. Bazar ertəsi

Soldado La Liqanın tarixinə keçdi


Soldado La Liqanın tarixinə keçdi

Qranada klubu İspaniya La Liqasının ilk turunda “Vilyarreal”la heç-heçə edib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşmada bir qol vuran və bir məhsuldar ötürmə verən “Qranada”nın futbolçusu Roberto Soldado yeni uğura imza atıb. Bununla da Soldado, İspaniya La Liqasında 6 fərqli komanda ilə qol vurmağı bacaran ilk futbolçu olub.

Qeyd edək ki, Soldado, karyerası ərzində “Real”, “Valensiya”, “Xetafe”, “Osasuna”, “Vilyarreal” və "Fənərbaxça" klublarında forma geyinib.







İspaniya L.L.

“Bekhemə bənzəmək istəyirdim”
  • İspaniya L.L.
  • 21:47 04.10.2026
“Bekhemə bənzəmək istəyirdim”
“Səs versəydim, özümə verərdim”
  • İspaniya L.L.
  • 23:20 02.10.2026
“Səs versəydim, özümə verərdim”